Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

TÜRKİYƏ PREZİDENTİ ƏRDOĞAN ÜMRƏ ZİYARƏTİ ETDİ – FOTO / VİDEO

R.T.Ərdoğan Ciddədəki Kral Abduləziz Beynəlxalq hava limanına şəxsi təyyarəsi ilə gedib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər məqsədi ilə getdiyi Səudiyyə Ərəbistanında Kəbəni də ziyarət edərək Ümrə ziyarətini də yerinə yetirib.

“Din.az” Türkiyə mətbuatına  istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Mədinədə Həzrəti Muhammədin qəbrinin də yerləşdiyi Məscidi-Nəbəvini ziyarət etdikdən sonra Ciddədəki Kral Abdüləziz Beynəlxalq hava limanına şəxsi təyyarəsi ilə gedib.

 

Ümrə ibadəti üçün Məkkəyə gedən Ərdoğan gecə saatlarında Məscidi-Haramı da ziyarət edib. Ərdoğan və onunla birlikdə olan heyət Kəbədə əvvəlcə ümrə təvafını edib, daha sonra isə Mərvə və Safa təpələri arasında ümrə səyini həyata keçirib.

Türkiyə prezidenti Ərdoğan ilə birlikdə həyat yoldaşı Əminə Ərdoğan, Baş Qərargah rəisi Hulusi Akar, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sərvətlər naziri Berat Albayrak və Milli Kəşfiyyat Təşkilatının məsləhətçisi Hakan Fidan da ümrə ziyarəti edib.

Ümrə ziyarətindən sonra Ərdoğan Səudiyyə Ərəbistanı Krallığının qonaq evinə gedib.

Ümrə ziyarətindən olan videogörüntünü sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...