Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyə prezidenti: “OBAMA TÜRKİYƏNİ ALDATDI”

“Zeytunluq” hərəkatında Barak Obama bizi aldatdı”.

“Türkiyə Suriyanın Münbic bölgəsini, o cümlədən bütün sərhəd boyu zonalarını PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləyəcək”.

Din.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün bəyan edib.

O, ABŞ-ın sabiq prezidenti Barak Obamanın Türkiyəni aldatdığını deyib: “Biz Obama dövründə “Zeytunluq” hərəkatı başlatmışdıq. Ancaq “Zeytunluq” hərəkatında Barak Obama bizi aldatdı. “Zeytunluq” hərəkatında məqsəd Münbici təmizləmək idi. Obama sözündə durmadı, biz üzərimizə düşəni etdik, ABŞ üzərinə düşəni etmədi. Onlar söz verdilər ki, Minbicdəki terrorçuları Fərat çayının şərqinə aparacaqlar. Çünki Münbicin əhalisinin 95 faizi ərəblərdir. Anaq sözlərinin üzərində durmadılar, çünki məqsədləri yeni terror dövləti yaratmaq idi. Adını kürd dövləti qoyurdular, halbuki Münbicdə kürdlər yox idi, əhalinin 95 faizi ərəb idi. Kobanidə də əhalinin əksəriyyəti ərəb idi, ərəbləri qovub, ora terrorçuları yığdılar”.

R. T. Ərdoğan Türkiyə ordusunun Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün hazırda həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında türk əsgərləri və müxalif Azad Suriya Ordusunun döyüşçüləri də daxil olmaqla, 7-8 şəhidin olduğunu açıqlayıb: “Məhv edilən terrorçuların sayı isə 268-dən çoxdur. Biz terrorçuların kökünü o torpaqlardan qazıyacağıq. Afrində əməliyyat terrorçuların kökü kəsilənədək davam edəcək”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...