Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyə səfiri: “Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi təqdirəlayiq haldır”

Mübariz Qurbanlı Azərbaycan-Türkiyə arasındakı dost və qardaş münasibətlər barədə danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və səfirliyin yeni dini işlər üzrə müşaviri Zəki Yavuzyılmaz ilə görüşüb.

Din.az bildirir ki, Komitədən APA-ya verilən məlumata görə, müşavirə yeni işində uğurlar arzulayan Mübariz Qurbanlı Azərbaycan-Türkiyə arasındakı dost və qardaş münasibətlər barədə danışıb. DQİDK sədri bütün sahələrdə olduğu kimi din sahəsində də iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. M.Qurbanlının sözlərinə görə, bu əlaqələrin inkişafında Türkiyənin ölkəmizdəki səfirliyinin, o cümlədən Din İşləri üzrə Müşavirliyin böyük xidmətləri var.

Görüş zamanı Dövlət Komitəsinin sədri dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığının, dini etiqad azadlığının təmin edilməsinin və dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının təqdirəlayiq hal olduğunu bildirib.

Dini işlər üzrə müşavir Zəki Yavuzyılmaz məhz Azərbaycanda fəaliyyətə başlamasının onun üçün sevindirici hal olduğunu deyib. Ölkələrimiz arasında dini sahədə tərəfdaşlıq münasibətlərinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edən müşavir qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və genişləndirilməsi perspektivlərinin əhəmiyyətinə toxunub.

Görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında nəşr etdirdiyi kitablar təqdim edilib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...