Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Türkiyə “Şər uçbucağı”nın bir tərəfidir” – Səudi şahzadədən şok bəyanat – FOTO

“O, Səudiyyə Ərəbistanını dəyişməyə başlayıb”.

Səudiyyə Ərəbistanını vəliəhd şahzadəsi Məhəmməd bin Salman Britaniyada rəsmi səfərdədir.

Dünən o, Bukinhem Sarayına yollanaraq Britaniya kraliçası 2-ci Yelizaveta və onun oğlu, şahzadə Çarlz ilə görüşərək danışıqlar aparıb. Daha sonra o, Dauininq-Stritə yollanaraq Britaniyanın baş naziri Tereza Meylə görüşüb.

Şahzadə Məhəmməd Londonda olarkən şəhərin mərkəzi küçələrində “O, Səudiyyə Ərəbistanını dəyişməyə başlayıb” billbordları və posterləri vardı.

Bununla yanaşı, şahzadənin səfəri əsnasında etiraz aksiyası keçirilib. Yüzlərlə aksiya iştirakçısı “Yəməndən əlini çək!” şüarları söyləyiblər.

Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman Türkiyəni İslam xilafətini bərpa etmək cəhdində günahlandırıb.

Din.az Milli.Az-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanının qüdrətli vəliəhd şahzadəsi Məhəmməd bin Salman Türkiyəni “şər ücbucağının bir tərəfi” adlandırıb. Onun sözlərinə görə qalan iki tərəf – İran və ekstremist islamçı qruplaşmalardır.

Səudiyyə şahzadəsi habelə Türkiyəni yüz il əvvəl Osmanlı imperiyası ilə birlikdə çökmüş İslam xilafətini bərpa etmək cəhdində günahlandırıb.

Vəliəhd şahzadə bununla yanaşı öz ölkəsi ilə Körfəz qonşusu Qətər arasında uzun müddətdir davam edən mübahisəni “boş şey” adlandırıb, amma sözündən belə çıxıb ki, bu “boş şey” hələ bir müddət davam edə bilər.

Qərbdə daha çox öz adının baş hərfləri ilə “MBS” adlandırılan Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının İranın qarşısını çox uğurla kəsə bildiyini iddia edib.

O, “Müsəlman Qardaşlığı” təşkilatını demokratiyadan sui-istifadədə ittiham edib və bildirib ki, bu təşkilatın hamisi olan Türkiyə xilafəti bərpa etməyə çalışır. Həm Səudiyyə, həm də Misir Müsəlman Qardaşlığı təşkilatını terrorçu qruplaşma kimi qadağan edib.

Şahzadənin şərhləri Səudiyyənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana həddən ziyadə qərəzli və neqativ münasibətini münasibətini əks etdirir. Erdoğan hökuməti Səudiyyə Ərəbistanı və Fars Körfəzinin digər ölkələrinin Qətərlə mübahisəsində sonuncunun tərəfini saxlayıb.

Bundan başqa Türkiyə Suriyadakı münaqişənin çözümü istiqamətində son aylarda İranla əməkdaşlıq edib. Ötən il iki ölkənin hərbi rəhbərləri qarşılıqlı səfərlərdə olublar.

Məhəmməd bin Salman arada olan ixtilafa baxmayaraq Qətərin Səudiyyədə keçiriləcək Ərəb Liqası sammitində iştirakına blok qoyulmayacağını deyib.

Səudi şahzadənin fikrincə, “Şərin müasir üçbucağı İran, Türkiyə və ekstremist dinçi qruplaşmalardan ibarətdir”.

Bu Məhəmməd bin Salmanın vəliəhd şahzadə olandan bəri ilk xarici səfəri idi.

O deyib ki, Qətərlə mübahisə hələ uzun müddət çəkə bilər və bunu ABŞ-ın Kubaya qarşı 60 il əvvəl qoyduğu embarqo ilə müqayisə edib.

Lakin o, eyni zamanda, zəngin Qətərin əhəmiyyətini azaldaraq bu ölkənin Qahirənin bir küçəsindən də balaca olduğunu dilə gətirib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn ötən iyunda Qətərlə diplomatik münasibətlərini kəsiblər. Bu ölkələr hazırda Qətərə qarşı dəniz və hava blokadasını davam etdirirlər.

Buna baxmayaraq Qətər dünyanın ən böyük maye qaz ixracatçısıdır və regionda ABŞ-ın ən böyük hərbi bazası da bu ölkədə yerləşir.

Sonda Məhəmməd bin Salman deyib ki, arada olan ixtilafa baxmayaraq Qətərin bu ayın sonlarında Səudiyyədə keçiriləcək Ərəb Liqası sammitində iştirakına blok qoyulmayacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...