Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyə Silahlı Qüvvələrindən FETO ilə əlaqədar 6 mindən çox hərbçi qovulub

18 632 nəfər dövlət orqanlarında tutduqları vəzifələrdən azad edilib.

Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilən qanun qüvvəsində qərarnamə ilə 18 min 632 nəfər dövlət orqanlarında tutduqları vəzifələrdən azad edilib, 148 nəfər isə dövlət orqanlarındakı vəzifələrinə bərpa edilib.

Din.az APA-ya istinadən bildirir ki, dərc edilən qərarnamə ilə Türkiyə Silahlı Qüvvələrindən 6 min 152 nəfər uzaqlaşdırılıb.

Başqa sözlə, Quru Qüvvələrindən 3 min 77 nəfər, Dəniz Qüvvələrindən 1126 nəfər, Hava Qüvvələrindən 1949 nəfər hərbçi uzaqlaşdırılıb. Polis orqanlarından 8 min 998 nəfər, Jandarma Qüvvələrindən 649 nəfər çıxarılıb. Ədliyyə Nazirliyində və nazirliyin strukturlarında çalışan 1052 nəfər də vəzifələrindən azad edilib. Təhsil Nazirliyində 658 nəfər, Dini İşlər üzrə Nazirlikdə 240 nəfər, dövlət universitetlərində isə 199 nəfər tutduqları vəzifələrdən çıxarılıblar.

Qeyd edək ki, bu qərarnamə 15 iyul 2016-cı ildə Fətullahçı Terror Təşkilatının dövlət çevrilişin cəhdi ilə bağlı qəbul edilib. Tutduqları vəzifələrdən çıxarılan şəxslər terror təşkilatı ilə əlaqədə günahlandırılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...