Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyə Suriyada yetim uşaqları himayəsinə aldı

“Uşaqlar döyüşün acı izlərini az da olsa unudmuş olarlar”.

İHH Suriyada yetim uşaqlar üçün bağça açdı.

Din.az bildirir ki, İHH Suriyanın Hələb şəhərinə bağlı Azəz bölgəsində döyüşdə valideynlərini itirən 3-5 yaş arası uşaqlar üçün bağça açdı. İHH Koordinasiya Mərkəzindən verilən məlumata əsasən bağçada 90 uşaq təhsil alacaq.

Bağçada 5 qadın müəllimənin fəaliyyət göstərəcəyini qeyd edən İHH-nın Suriya yetim qurumunun rəhbəri Kenco “Uşaqlar döyüşün acı izlərini az da olsa unudmuş olarlar.” deyə ifadə edib. İlk dəfə bağçaya gələn uşaqlara müxtəlif hədiyyə və məktəb ləvazimatları da verilib.

Kenco həmçinin Azəz bölgəsinin Babusəlam düşərgəsində yaşayan 125 ailənin bütün təhsil və digər xərclərini də öz üzərinə götürdüklərini deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...