Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyə suriyalı qaçqınları siyahıya alacaq

“Suriyalı qaçqınların Türkiyədə mövcudluğu mürəkkəb məsələdir”.

Türkiyədə suriyalı qaçqınların siyahıya alınması keçiriləcək.

Din.az bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir bildirib ki, suriyalı qaçqınların Türkiyədə mövcudluğu mürəkkəb məsələdir.

O həmçinin qeyd edib ki, “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyatlarından sonra 285 min qaçqın Suriyaya qayıdıb.

Qeyd edək ki, statistik məlumatlara əsasən, hazırda Türkiyədə 3 milyon suriyalı qaçqın mövcuddur. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...