Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyə Suriyanın şərqində yeni əməliyyata başlayacaq – Ərdoğan

Ərdoğan: “Bizim yeni hədəfimiz – Fərat çayının şərqidir.”

Türkiyə Suriyanın şərqində yeni antiterror əməliyyatına başlayacaq.

Din.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində çıxışı zamanı deyib.

T.Ərdoğan xatırladıb ki, Türkiyə ordusu daha əvvəl Suriyanın Afrin, Cerablus və Əl-Bab regionlarını terrorçulardan təmizləyib: “Bizim yeni hədəfimiz – Fərat çayının şərqidir. Biz Rusiya və ABŞ tərəflərini Suriayda yeni əməliyyata başlamağa hazır olduğumuz barədə məlumatlandırmışıq”.

Türkiyə prezidenti qeyd edib ki, Ankara Suriya ərazisindən sərhədboyu yaşayış məntəqələrinə hücumlara və təxribatlara göz yummayacaq: “Türkiyənin səbrinin də həddi var”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...