Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyə Suriyaya girəcəkmi? – Çavuşoğlu müharibənin siqnalını verdi

ABŞ bölgədən geri çəkiləcəkmi?

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada baş verən son hadisələr və ABŞ-ın bölgədən geri çəkilməsi ilə bağlı sualları cavablandırıb.

Din.az xəbər verir ki, nazir ABŞ-ın geri addım atmağı öyrəndiyini bildirib.

“Uzun müddətdir ki, ABŞ-dan terrorçulara dəstək verməməyi istəyirik. Biz Fəratın şərqinə hərəkata başlayacağıq deyəndən sonra ABŞ Suriyadan çəkiləcəyini açıqladı. ABŞ-ın təhlükəsizlik qüvvələrinin rəhbərləri bu çəkilmə məsələsindən yan keçməyə başladılar. Əvəzində nə dedilər: “Türklər kürdləri qətlə yetirməsin”. Biz daha əvvəl də Afrin əməliyyatını keçirmişik. Niyə onda yox, indi dinib danışırlar?

Nəhəng bir dövlətin NATO müttəfiqliyimizə və əməkdaşlıqlarımıza rəğmən, bir terror təşkilatına sığınması doğru deyil. Rəcəb Tayyib Ərdoğan da bir söz verdisə, onu tutacaq. Münbiç yol xəritəsinin tətbiq edilməsi və Fəratın şərqindəki YPG-nin tamamilə çəkilməsi önəmlidir. Biz bu işin arxasınca getməyi heç zaman buraxmadıq. Bizim YPG-yə qarşı hərəkatımız ABŞ-ın geri çəkilməsinə bağlı deyil. İndi ABŞ çəkiləcəyini deyir, amma ortada çəkilməməsi üçün çalışanlar var. Donald Trampın verdiyi söz bizim üçün keçərlidir. Bolton və digərləri isə çəkilməməklə bağlı üstüörtülü açıqlamalar verir. Burada Trampın verdiyi söz bəllidir”, – Çavuşoğlu qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...