Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyə təyyarəsinin İranda qəzaya uğraması nəticəsində 11 nəfərin öldüyü təsdiqlənib

İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb.

İran FHN nümayəndəsi Möctaba Halidi Türkiyəyə məxsus təyyarənin ölkə ərazisində qəzaya uğraması nəticəsində 11 nəfərin öldüyünü təsdiqləyib.

Din.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İran FHN nümayəndəsi meyitlərin güclü yanğın nəticəsində tanınmaz hala düşdüyündən DNT testinin keçiriləcəyini istisna etməyib.

Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. “Reuters” agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...