Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyə və İsrail arasında yeni qalmaqal yaşanır

“Yəhudi xarakteri haqqında” Konstitusiya qanunu qəbul edilib.

Yeni qanun İsraili “Yəhudi xalqının milli evi”, yəhudiləri isə bu evin daxilində milli müqəddəratını təyinetmə hüququ olan xalq elan edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İbrahim Kalın İsrail Knessetində qəbul edilən “Yəhudi Milli Dövləti” qanunu sərt şəkildə tənqid edib. Din.az bildirir ki, bu barədə Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadən xəbər verir.

Türkiyə rəsmisi qeyd edib ki, ölkəsi İsrail parlamentində qəbul olunan bu qərarı ən sərt şəkildə qınayır: “Fələstin xalqını öz ana vətənlərindən silməni ifadə edən bu irqçi qanunun qəbul edilməsi tamamilə qəbuledilməzdir”.

Qeyd edək ki, İsrail parlamenti ölkənin “Yəhudi xarakteri haqqında” Konstitusiya qanunu qəbul edib. Qəbul olunan qanun layihəsi ölkədə yaşayan ərəblərin etirazına səbəb olub.

Yeni qanun İsraili “Yəhudi xalqının milli evi”, yəhudiləri isə bu evin daxilində milli müqəddəratını təyinetmə hüququ olan xalq elan edir. Qanun layihəsi dövlət dili kimi yalnız ivrit dilinin olmasını nəzərdə tutur. İndiyə qədər onunla eyni statusda olan ərəb dilinə isə “xüsusi status” verilir.

“Bu, sionizm və İsrail tarixində həlledici məqamdır. Biz öz mövcudluğumuzun baza prinsipini qanun halına salırıq. İsrail bütün vətəndaşlarının individual hüquqlarına hörmət edən yəhudi xalqının milli dövlətidir. Bütün Yaxın Şərqdə yalnız İsrail bu hüquqlara hörmət edir” — deyə baş nazir Benyamin Netanyahu bildirib.

Qanun layihəsi İsrail Knessetində olan 120 deputatdan 62-nin dəstəyini alıb, 55 nəfər isə əleyhinə səs verib. İki deputat fikir bildirməkdən imtina edib. Səsvermə zamanı İsrail parlamentində qalmaqal da yaşanıb. Belə ki, hakim koalisiya səsvermə zamanı qanunu alqışlayıb, ərəb deputatlar isə nümayişkaranə şəkildə sənədi cırıblar.

Hazırda İsrail əhalisinin sayı 8 milyondur. Onun 20%-ni ərəblər təşkil edir. Ərəblər çoxluq təşkil edən yəhudilər kimi hüquqlara malik olsalar da, faktiki diskriminasiyadan şikayətlənirlər.

“Biz ölkənin ərəb sakinləri Netanyahu və onun əlaltılarının qəbul etdikləri irqçi qanunlarla mübarizə aparırıq. Biz Netanyahunun burnunun dibində, onun qəzəbindən qorxmayaraq öz ölkəmizdə yaşayıb, inkişaf edəcəyik” — deyə Knessetin Birləşmiş Ərəb siyahısından olan deputatı Səid əl-Harumi bildirib.

Ərəblərlə yanaşı, qanun layihəsinin əleyhinə mərkəzçi və solçu sionist partiyalar da səs veriblər. Yeni qanun layihəsində İsrailin gerbi, himni, bayrağı və bayramları yer alıb.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...