Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

TÜRKİYƏ VƏ MYANMA PREZİDENTLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

Ərdoğan: “Myanmadakı mövcud vəziyyət bütün dünyada narahatlıq doğurub”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Myanmanın dövlət başçısı Aun San Su Çjin arasında telefon danışığı olub.
Din.az Report.az-a istinadən xəbər verir ki, tərəflər əsasən Arakanda müsəlman-rohinqyalıların hüquqlarının pozulması böhranının həlli yollarını və bölgə əhalisinə humanitar yardımların çatdırılması məsələsini müzakirə ediblər.
Türkiyə prezidenti mövcud vəziyyətin İslam ölkələri başda olmaqla bütün dünyada narahatlıq doğurduğunu deyərək ölkəsinin terroru və günahsız vətəndaşları hədəf alan əməliyyatları pislədiyini bildirib.
R.T.Ərdoğan Myanma dövlət başçısına hadisələrin ciddi humanitar böhrana çevrilməsinin kəskin etiraza səbəb olduğunu da xatırladaraq, Türkiyənin problemin həllinə yönəlik səyləri dəstəklədiyini, bu prosesdə güc tətbiqindən çəkinilməsi və dinc əhalinin zərər görməməsi üçün maksimum həssaslıq göstərilməsinin vacibliyini vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...