Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyə XİN başçısı: “Səudiyyə Ərəbistanı Camal Qaşıqçı məsələsində bizimlə əməkdaşlıq etməlidir”

Çavuşoğlu: “Səudiyyə Ərəbistanının bizimlə əməkdaşlıq etməlidir”.

“ABŞ müfəttişlərinin Camal Qaşıqçı hadisəsi ilə bağlı işə başlaması haqqında məlumat doğru deyil”.

Din.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi diplomatik qaynaqlara istinadən yayıb.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İraqın Mosul və Bəsrə şəhərlərində konsulluqlarının yenidən fəaliyyət başlaması ilə bağlı tədbirdə bildirib: “Jurnalist Camal Qaşıqçının itkin düşməsi hadisəsi ilə bağlı Səudiyyə Ərəbistanının bizimlə əməkdaşlıq etməsi lazımdır. Biz Səudiyyə Ərəbistanı ilə bu məsələdə yaxından əməkdaşlıq etmək istəyirik”.

ABŞ Prezidenti Donald Tramp isə jurnalist Camal Qaşıqçının itkin düşməsi hadisəsi ilə bağlı amerikalı müfəttişlərin araşdırmaya başladıqlarını bildirmişdi. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...