Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyə zəvvarlarını Mədinədə xüsusi hörmətlə qarşıladılar – GÖZLƏNİLMƏZ… – VİDEO

Türkiyəli zəvvarlar məşhur ilahinin müşayiətilə qarşılandılar.

Sosial şəbəkələrdə Türkiyədən Həcc mərasimi üçün gəlmiş zəvvarların Mədinə şəhərində təntənəli şəkildə qarşılanma mərasiminin görüntüləri yayılıb.

Din.az-ın Moderator.az-a istinadla təqdim etdiyi video-yazıdan Peyğəmbər (s) şəhərinə enən Türkiyə təyyarəsindən düşən qonaqların hava limanının binasında bir qrup musiqiçi və digər şəxslər tərəfindən təşkil olunmuş xüsusi törənlə qarşılandığı bəlli olur.

Ərəb dilində mahnı ifa edilir, türk zəvvarların başına zərlər səpilir, onlara xüsusi şirniyyatlar təqdim edilir, gül dəstələri verilir, fotoları çəkilir. Ən cəlbedici məqam isə ondan ibarətdir ki, türkiyəli zəvvarların qarşılanma mərasimində canlı oxunan məşhur ilahi Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın vaxtilə Mədinədə qarşılanması zamanı oxunmuş mahnıdır…

P.S. Türkiyəli zəvvarların Səudiyyə Ərəbistanında xüsusi qarşılanma törəninin hansısa siyasi məna kəsb edib-etməməsi barədə məlumat verilmir…

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...