Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyədə 1300 il yaşı olan Tövrat nüsxəsi müsadirə olunub

Avtomobildən yəhudilərin müqəddəs kitabının ən qədim nüsxələrindən biri çıxdı.

Türkiyənin təhlükəsizlik xidmətinin əməkdaşları Afyonkarahisar vilayətində 1300 il yaşı olan Tövrat nüsxəsini müsadirə ediblər.

Din.az AZƏRTAC-a istinadən bildirir ki, polis əməkdaşları yəhudilərin müqəddəs kitabının ən qədim nüsxələrindən birini adı açıqlanmayan şəxsin avtomobilini yoxladıqları zaman aşkar ediblər. Türkiyə milli təhlükəsizlik xidmətinin göstərişi ilə avtomobilin sahibinin və həbs edilmiş daha 5 nəfərin adları gizli saxlanılır.

Dəri səhifələrdə yazılmış mətni və qalın dəri üzlüyü olan kitabın dəyərinin milyonlarla dollar olduğu bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...