Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyədə 200 nəfər iftar yeməyindən zəhərləndi

Təxminən 200 nəfər xəstəxanalara müraciət edib.

Türkiyənin Konya böyük şəhər bələdiyyəsi Ramazan ayı ərzində hər gün müxtəlif yerlərdə iftar yeməyi verir. Bu dəfə Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə ilə birlikdə verdiyi iftar süfrəsindən sonra 200 nəfər yedikləri yeməklərdən zəhərlənib.

Din.az xəbər verir ki, iftar zamanı 2 yemək firması tərəfindən hazırlanan sup, ətli plov və halva verilib.

İftarda verilən yeməkləri yedikdən sonra evlərinə gedən şəhər sakinləri qarın ağrısı, qusma və baş gicəllənməsindən şikayətlənərək təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

2 gün ərzində təxminən 200 nəfər xəstəxanalara müraciət edib. Lakin bu rəqəmin artacağı gözlənilir.

Hadisədən sonra Qida, Əkinçilik və Heyvandarlıq rayon şöbəsi tərəfindən yeməklərdən nümunələr götürülərək araşdırmaya başlanılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...