Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyədə 4 FETÖ-çü məhkəmə zalından qaçıb

Serkan və Songül Hasdemirlər, Mustafa Kayabaşı və Zekeriya Şentürkün məhkəmədən qaçdığı məlum olub.

Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 4 nəfər məhkəmə zalından qaçıb.

Din.az xəbər verir ki, şahidlərlə vəkilləri Ankara Ağır Cinayətlər Məhkəməsinin Sincan cəza və islah müəssisəsində keçirilən prosesə hazırlaşırmış.

Məhkəmənin sədri Muhammad Yavuz cinayət işinə daxil olan dəlilləri oxuyub. Bundan sonra hakim şübhəlilər barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərarı oxuyub. Bu zaman məhkəmə salonundan şahidlər – Serkan və Songül Hasdemirlər, Mustafa Kayabaşı və Zekeriya Şentürkün qaçdığı məlum olub. Hakim onların da tutulması barədə əmr verib.

Məhkəmə prosesi aprelin 9-da davam edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...