Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Türkiyədə axtarışda olan FETO üzvü ABŞ-da rektor təyin edildi

Share Button

ABŞ yenə də FETO-ya dəstək oldu.

Türkiyədə barəsində “FETO ilə bağlı terror cinayəti”, “Dövlət imtahanının suallarının ötürülməsi” və “Futbolda hakimlə əlbir olma” kimi məhkəmə işlərində müqəssir olan və haqqında həbs qərarları olan qədim Fateh Universitetinin rektoru Şərif Əli Tekalanın Texasdakı “North American Universitety”yə rektor təyin olunduğu bildirilib.

 

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Texasda FETO üzvləri tərəfindən qurulduğu qeyd edilən universitetin rəsmi saytındakı 19 dekabr tarixli məlumatda Tekalanın universitetin üçüncü rektoru təyin olunduğu ifadə edilib.

1023270578

Texasda 2010-cu ildə Ali Təhsil Qurumunun (THECB) razılığı ilə “North American College” adı ilə fəaliyyətə başlayan məktəbin 2013-cü ildə adını “North American Universitety” olaraq dəyişdiyi aydın olur. Türkiyədəki bir çox FETO cinayət işi çərçivəsində haqqında həbs qərarları olan Tekalanın əvvəl Avropaya, sonra da ABŞ-a qaçdığı xəbər verilib.

feto_firarisi_tekalan_abd_de_rektor_oldu_h208899_e167a

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir