Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyədə azanla bağlı xəbərdarlıq

Azanı düzgün oxuyan imamların səs yazıları səsləndiriləcək.

Türkiyədə məscidlərə azan verilməsi ilə bağlı xəbərdarlıq edilib.

“Din.az”ın Trend-ə istinadən verdiyi məlumata görə Türkiyənin Dini İşlər Nazirliyi məscidlərdə yoxlamalar apararaq bəzi səs cihazlarında problemlər aşkar edib. Yoxlamalardan sonra nazirlik azanın səs yüksəkliyinin 80 desibeldən çox olmaması barədə xəbərdarlıq edib.

Bundan başqa, yaxın məscidlərdə azanlar oxunan zaman səslərin qarışmaması üçün məhəllələrdə lokal mərkəzlərin yaradılması, azanı düzgün oxuyan imamların səs yazılarından ibarət azan portalının yaradılması da tövsiyə edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...