Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş azadlığa buraxılıb

Branson məhkəmə zalından azadlığa buraxılıb.

Türkiyədə casusluqda ittiham olunan ABŞ vətəndaşı, keşiş Endryu Branson azadlığa buraxılıb.

Din.az xəbər verir ki, İzmir əyalətinin Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəməsi oktyabrın 12-də onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.

E.Bransonun həbsdə olduğu müddət nəzərə alınıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib.

Qeyd edək ki, Endryu Branson 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub.

Günahı tam sübuta yetiriləcəyi təqdirdə, E.Bransonu 35 il azadlıqdan məhrum etmə cəzası gözləyirdi.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...