Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyədə dini idarədə atışma zamanı 5 nəfər ölüb

Müftilik ofisində yığıncaq zamanı atışma baş verib.

Türkiyənin şimal-şərqində yerləşən Ərzincan əyalətinin Tercan şəhərində yerli müftiliyin ofisində silahlı insident zamanı 5 nəfər ölüb, daha 2-si yaralanıb.

Din.az xəbər verir ki, bu barədə əyalət administrasiyasının bəyanatında bildirilir.

“Avqustun 17-si saat 15.00-da yerli administrasiya binasında müftilik ofisində yığıncaq zamanı müftiyət üzvlərindən biri olan F.A. mübahisə zəminində tapançadan nizamsız atəş açıb. Nəticədə 2 nəfər, o cümlədən müftinin müavini ölüb və 5 nəfər yaralanıb. Onların arasında intihar etmək istəyən F.A-nın özü də var. Yaralılar xəstəxanaya çatdırılıb, orada həkimlərin səylərinə baxmayaraq, yaralılardan üçü, eləcə də, F.A keçinib”, — deyə məlumatda qeyd olunur.

Bildirilir ki, hər iki yaralının vəziyyəti ağırdır. Prokurorluq hadisənin araşdırmasına başlayıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...