Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
u2_11468652613

Türkiyədə dövlət çevrilişinə cəhddə tutulan şok ad ilahiyyatçı oldu

Share Button

İlahiyyatçının evi və iş otağı araşdırılıb, vacib sənədlər tapılıb

Sakarya Universitetinin İlahiyyat Fakultəsində müəllimlik edən Dos.Dr. Adil Öksüz Ankaradakı Akıncı Hava limanında saxlanılıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Sakarya Universitetinin rektoru Prof.Dr. Muzaffer Elmas dövlət çevrilişinə cəhddən sonra 5 tədrisçinin saxlandığını açıqlayıb.

Sakarya Universitetinin İlahiyyat Fakultəsi Təfsir Fundamental Təməl İslam Elmləri Bölməsinin müəllimi Dos.Dr. Adil Öksüz, Ankarada 15 iyul gecəsi yaranan çevrilişə cəhdin idarə edildiyi iddia edilən Akıncı Hava Limanına basqın edən təhlükəsizlik qüvvələri tərəfindən burada yaxalanıb. Dos.Dr.Öksüz nəzarət altına alınaraq Ankara Mahal Təhlükəsizlik Müdirliyinə aparılıb.

Sakarya Mahal Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsinin işçiləri Ankara Respublika Prokurorluğunun təlimatı ilə Dos.Dr.Öksüzün Sakarya Universitetindəki otağı və İstanbuldakı evində axtarış edərək, kompüteri ilə birlikdə bəzi sənədləri də ələ keçirib.

Sakarya Universitetinin rektoru Prof.Dr.Muzaffer Elmas dövlət çevrilişinə cəhddən sonra aralarında Öksüzün də olduğu 5 müəllimin vəzifələrindən əl çəkdiyi açıqlanıb.

Akıncı Hava Limanında yaxalanan Dos.Dr Adil Öksüzün Sakarya Universiteti İlahiyyat Fakultəsindəki otağı da axtarılıb. Polis bəzi sənədlərə əl qoyarkən, kitablar arasında Fəthullah Gülənin yazdığı kitabların da olması diqqət çəkib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top