Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyədə FETO-çu polislərə qarşı anti-terror əməliyyatı: Görün hansı yolla deşifrə oldular

Türkiyədə FETO-ya qarşı mübarizə tədbirləri davam etdirilir.

Ankara Prokurorluğunun ittihamnaməsilə 31 şəhərdə keçirilən paralel əməliyyatda 84 polis məmuru haqqında saxlanılma orderi verilib.
Din.az xəbər verir ki, Ankara Prokurorluğunun ittihamnaməsilə 31 şəhərdə keçirilən paralel əməliyyatda 84 polis məmuru haqqında saxlanılma orderi verilib.

Məlumata görə, 13-ü işbaşında olan 84 nəfər haqqında ittihamnamə, Ankara Prokurorluğunun araşdırması əsnasında polisin daxili imtahanları zamanı FETÖ tərəfindən cavabları təqdim olunan polislərə qarşı irəli sürülüb. Qeyd edilir ki, 2010-cu ildə polis məmurları üçün komissar köməkçisi olmaq üçün keçirilən imtahanların cavabları FETÖ terror qruplaşması tərəfindən ələ keçirilib və 84 nəfərə təqdim olunub. Onlardan 13-ü aktiv vəzifədə işləyirmiş. Ümumilikdə 84 nəfər haqqında həbsqətimkan tədbiri seçilsədə, 75 şübhəli saxlanılıb, 9 nəfərin axtarışları davam edir.

Əməliyyatlar Türkiyə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...