Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyədə FETÖ-çulara qarşı genişmiqyaslı əməliyyat keçirilib

Kahramanmaraşda xeyli sayda zabit, gizir və çavuş saxlanılıb.

Türkiyə hüquq mühafizə orqanları mərkəz Kahramanmaraş olmaqla 14 rayonda FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirib.

Kahramanmaraş’ta Uyuşturucu Operasyonu

Din.az xəbər verir ki, Kahramanmaraş prokurorluğunun, Daxili İşlər, Terrorçuluğa və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ terror təşkilatının Türkiyə Ordusundakı gizli bağlantıları aşkar edilib.

Kahramanmaraşda xidmətdə olan xeyli sayda zabit, gizir və çavuş saxlanılıb. Bundan başqa, FETÖ ilə ordudakı adamları arasında əlaqə yaradan “təşkilatın imamları” həbs olunub. Qeyd edək ki, “təşkilatın imamları” orduda mühüm vəzifələrdə çalışırlarmış. Saxlanılan şəxslərlə bağlı araşdırma Ağır Cinayətlərə dair Məhkəmədə aparılır. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...