Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyədə FETÖ-çülərə qarşı yeni əməliyyat

Türkiyədə FETÖ-yə qarşı yanvarın 14-15-i tarixlərində də irimiqyaslı əməliyyat keçirilib.

Şübhəli bilinən 72 nəfərdən 53-ü tutulub, digərlərinin axtarışları davam edir.

İzmir Prokurorluğu FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə bağlılığı olan şəxslərin saxlanılması haqqında qərar qəbul edib.

Din.az bildirir ki, bu barədə Sputnik Azərbaycan Türkiyənin “Milliyet” nəşrinə istinadən xəbər verir.

Qərara əsasən, 72 nəfər saxlanılmalıdır. Onlar arasında hərbçilər də var.

Hazırda onların həbs olunması üzrə əməliyyat keçirilir. Həmin şəxslər sorğu-sual üçün Təhülkəsizlik İdarəsinə gətiriləcək. Hazırda şübhəli bilinən 72 nəfərdən 53-ü tutulub.

Xatırladaq ki, Türkiyədə FETÖ-yə qarşı yanvarın 14-15-i tarixlərində də irimiqyaslı əməliyyat keçirilib. Məlumata əsasən, Ankara Baş Prokurorluğu FETÖ araşdırması çərçivəsində Jandarma Baş Qərargahında olan 50 nəfər haqqında həbs qərarı çıxarıb.

Bundan əlavə, araşdırma nəticəsində “ByLock” proqramından istifadə edən 55 nəfər haqqında həbs qərarı verilib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...