Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyədə “FETÖ işi” ilə bağlı 8 nəfər ömürlük azadlıqdan məhrum edilib

Türkiyədə FETÖ təşkilatına qarşı mübarizə aparılır.

Türkiyədə məhkəmə “FETÖ işi” ilə bağlı 8 nəfərin barəsində ömürlük azadlıqdan məhrum etmə qərarı çıxarıb.

Din.az APA-ya istinadən bildirir ki, onlar konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhddə təqsirli biliniblər.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə FETÖ terror təşkilatı hərbi çevrilişə cəhd edib. Nəticədə yüzlərlə insan ölüb və ya yaralanıb. Bu iş üzrə minlərlə şəxs həbs olunub. FETÖ terror təşkilatına üzvlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər indiyədək davam edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...