Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyədə hərbçilər kütləvi həbs edilir

211 yüksək rütbəli zabit həbs edilib.

Fətullahçı terror təşkilatına (FETÖ) üzvlükdə ittiham olunan Türkiyə Silahlı Qüvvələrinin 300 hərbçisinin həbsi ilə bağlı qərar verilib.

Din.az xəbər verir ki, onlardan 211-i yüksək rütbəli zabitdir.

Məlumatlara görə, mayın 11-i, yerli vaxtla 04:00-da (Bakı vaxtilə 05:00-da) ölkənin müxtəlif yerlərində əməliyyatlar keçirilib.

Qeyd edilib ki, artıq 150 nəfər saxlanılıb. Qalan şəxslərin tutulması üçün əməliyyat davam edir. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...