Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyədə ilk dəfə Həccə gedənlərin qeydiyyatı başa çatır

Türkiyədə bu il ilk dəfə Həcc ziyarətinə getmək istəyənlərin qeydiyyatı yanvarın 6-da başa çatacaq. “Din.az” “report”a istinadən xəbər verir ki, bunu Lüleburqaz bölgə müftisi Hüseyn Uysal deyib. O bildirib ki, ilk dəfə Həcc ziyarətinə gedənlər üçün qeydiyyat ötən il dekabrın 28-də başlayıb. Ziyarətə getmək üçün əvvəlki qeydiyyatların yenilənməsi prosesi isə yanvarın 9-dan başlayacaq və 31-dək […]

Türkiyədə bu il ilk dəfə Həcc ziyarətinə getmək istəyənlərin qeydiyyatı yanvarın 6-da başa çatacaq.

“Din.az” “report”a istinadən xəbər verir ki, bunu Lüleburqaz bölgə müftisi Hüseyn Uysal deyib.

O bildirib ki, ilk dəfə Həcc ziyarətinə gedənlər üçün qeydiyyat ötən il dekabrın 28-də başlayıb. Ziyarətə getmək üçün əvvəlki qeydiyyatların yenilənməsi prosesi isə yanvarın 9-dan başlayacaq və 31-dək davam edəcək.

Həcc ziyarətinə kimlərin gedəcəyi isə fevralın 23-də keçirləcək püşkatma nəticəsində bilinəcək.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...