Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyədə İsrailə etirazlar: ABŞ, İsrail diplomatik korpusları önündə aksiyalar keçirildi- FOTO

İsrailin Qəzza sərhəddində insanlara atəş açmasına etiraz etdilər.

Türkiyədə BDS Türkiyə aktivistləri İsrail əleyhinə aksiyalara start verib.

Din.az xəbər verir ki, BDS Türkiyə (Fələstin üçün İsrailə baykot) İsrailin Qəzza sərhəddində insanlara atəş açmasına etiraz olaraq ilk etirazını ABŞ səfirliyində keçirib.

Aksiya iştirakçıları daha sonra İstanbulun Beyoğlu meydanında Tünel meydanınd, üçüncnü İstanbulda Kadıköyün Khalkedon meydanında, dördüncünü Bakırköy Azadlıq meydanında və beşincisini Eminönü Misir Çarşısı meydanında keçirib.

Sonuncu aksiya isə İsrail Konsulluğu önündə keçirilib.

Aksiya iştirakçıları “Böyük geri dönüş yürüşü”nə və bunun üçün mübarizə aparan fələstinlilərə salam göndərərək İsrailə qarşı şüarlar səsləndiriblər.

BDS Türkiyədən başqa, dünən gecə Anadolu Gənclik də İstanbuldakı İsrail Konsulluğu önündə aksiya çağırışı etmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...