Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Türkiyədə Məhəmməd peyğəmbərin saqqalı oğurlanıb

Share Button

Peyğəmbərin saqqalı Kocaeli vilayətindəki Dəyirməndərə Yalı Camisindən oğurlanıb

Türkiyədə Məhəmməd peyğəmbərin saqqalı (“Sakal-ı Şerif”) naməlum şəxslər tərəfindən oğurlanıb.

“Din.az”ın APA-ya istinadən verdiyi məlumata görə, peyğəmbərin saqqalı Ramazan ayı münasibətilə sərgilənmək üçün Kocaeli vilayətindəki Dəyirməndərə Yalı Camisinə aparılıb. Gecə saatlarında camidə çalışanlar saqqalın mühafizə olunduğu qutunun yoxa çıxdığını görüblər. Polis dərhal təhqiqata başlayıb.

Qeyd edək ki, “Sakal-ı Şerif” İstanbuldakı Topqapı sarayında saxlanılır və dini bayramlarda sərgilənmək üçün Türkiyənin müxtəlif vilayətlərinə aparılır.

“Din.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

Sakal-ı-Şerif-1

MÜZAKİRƏ

2 şərh Türkiyədə Məhəmməd peyğəmbərin saqqalı oğurlanıb üçün

  1. ramazan dedi:

    bu yenilikciik emellerden el cekmirler.mugeddes deyib sur-sumuk gezdirenlere oxshayirlar

  2. Şöhrət dedi:

    o qılın vəya tükün İslam peyğəmbərinə aid olmasına dair heç kimdə dəlil yoxdun onlar Allahın elçisinə iftira edirlər və şirk içindədirlər. Bundan başqa Allaın elçisi bizə qıl və ya tük deyil, gözəl əxlaq nümunəsi qoyub getmişdir. Buna görə Axirətdə elçi onlardan şikayət edəcəkdir. Furqan surəsi 30 ayət.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir