Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyədə müqəddəs ziyarət başlayır: ən kiçik zəvvarı 6 günlük körpədir

Müqəddəs səfərə 2 gün vaxt qalıb…

Həcc və Ümrə Xidmətləri Baş Müdirliyinin təşkilatınçılığı ilə bu il həcc ziyarəti üçün müqəddəs torpaqlara gedəcək təqribən 60 min zəvvarın ilk karvanı 4 avqustda yola çıxacaq.

“Din.az” xəbər verir ki. Dini İşlər Nazirliyi Həcc və Ümrə Xidmətləri Baş Müdirliyindən əldə edilən məlumata görə, 2016-cı ildə təqribən 60 min zəvvar müqəddəs səfərə çıxacaq.

Dini İşlər Nazirliyi əvvəlki illərdə olduğu kimi bu il də şəhid ailələri, qazi və qazilərin yaxınları üçün 600 nəfərlik kontingent ayırıb. Bu xüsusi kontingentin hamısının qeydiyyatdan keçdiyi öyrənilib.

Türkiyədə zəvvarların 57 faizi qadındır…

Bu il həccə gedəcək zəvvarların 43 faizini kişilər, 57 faizini isə qadınlar təşkil edir. Nazirlik bu il müqəddəs torpaqlarda həcc ziyarətini yerinə yetirən vətəndaşlara 2100 nəfərlə xidmət göstərəcək.

Ən kiçik zəvvar 6 günlük körpədir…

Ən kiçik zəvvar 27 iyul 2016-cı ildə doğulan körpə Adəm Halil olacaq. 6 günlük olan Adəm Halil Türkiyənin Sakarya vilayətindən həccə gedəcək. Ən yaşlı zəvvar isə 12 iyul 1916-cı ildə dünyaya gələn 100 yaşlı Malatyalı Fatma Arslan olacaq.

Geri dönüş sentyabrın 17-də olacaq…

Həccə gedəcək ilk karvanlar turizm agentlikləri ilə 4 avqustda müxtəlif şəhərlərdən yola çıxacaq. Dini İşlər Nazirliyi ilə müqəddəs səfərə çıxacaq vətəndaşlar isə avqustun 6-da Ankara, İstanbul və digər bölgələrdən Mədinə şəhərinə yola salınacaq.

Həcc ziyarətindən geri dönüş sentyabrın 17-də başlayacaq. Səfərə çıxacaq son karvan isə oktyabrın 7-də Türkiyədə olacaq.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...