Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyədə ölən qiyamçılar üçün məzar yeri verilmədi

Fındıq bağçasında basdırıldı…

Türkiyənin Ordu Böyükşəhər Bələdiyyə sədri Enver Yılmaz dövlətə çevrilişə cəhd zamanı Ankarada Xüsusi Qüvvətlər Komandirliyinə edilən hücumda öldürülən qiyamçı Nedim Şahin üçün məzar yeri verməyib.

Ankarada dövlət çevrilişinə cəhd edilən zaman Gölbaşında yerləşən Xüsusi Qüvvətlər Komandirliyinə hücum edərək qarşıdurmaya girən 20 qiyamçı əsgər arasında yer alan Ordunun Ünye mahalından olan Nedim Şahin öldürülüb.

“Din.az” xəbər verir ki, agentliklərin verdiyi xəbərə görə, Nedim Şahinin cənazəsi ailəsi tərəfindən alınaraq öz maddi imkanları ilə Ünye mahalı Hanyanı məhəlləsinə gətirilib. Lakin ailə Nedim Şahinin dəfn edilməsi üçün məzarlıqda yer tapa bilməyib.

Cənazə xidmətləri və məzar yeri verilmədi…

Ailənin israr etməsinə baxmayaraq, Böyükşəhər Bələdiyyəsinin sədri Enver Yılmaz bələdiyyə aid məzarlıqda Nedim Şahinin  dəfninə icazə vermədiyi halda, cənazə xidmətləri də verilməyib.

Fındıq bağçasında basdırıldı…

Bunu görən ailə Nedim Şahini səssiz-sədasız evlərinin yanındakı fındıq bağçasında dəfn edib.

Sədr qərarını millət məclisinə bildirdi…

Ordu Böyükşəhər Bələdiyyə Məclisinin toplantısında məclisə məlumat verən sədr Enver Yılmaz qiyamçıya məzar yeri vermədiklərini söyləyib. “Vətən xainlərinə güzəştə getməyəcəklərini” söyləyən bələdiyyə sədri “Türk Silahlı Qüvvələrinə, Türk Millətinə xəyanət edən bu şəxsə heç bir şəkildə məzarlıq və cənazə xidməti vermirik. Bütün qurumlara məlumat verdim. Ordu, vətən xainlərini öz bağrına basacaq, torpağında tutacaq bir şəhər deyil. Heç bir şəkildə vətən xainlərinə güzəştə getməyəcəyik” deyib.

Müftilik: salavat verilməz, məscidə soxulmaz, namazı qıldırılmaz…

Ordu şəhərinin müftisi Mustafa Kolukısaoğlu da bütün mahallarda din xadimlərinə təlimat verərək, dövlət çevrilişinə cəhddə öldürülənlərin salavatının verilməyəcəyini, məscidlərə soxulmayacağını, namazının da qılınmayacağını bildirib.

Mustafa Kolukısaoğlu, müftiliyin rəsmi internet səhifəsindən verdiyi açıqlamada, öldürülən qiyamçıların Ünyedə cənazə sahibləri tərəfindən müftiliyə salavat verdirmək üçün müraciət etdiklərini, mövzu ilə bağlı təlimat almaq üçün Ünye Mahal Müftisinin özünə zəng edərək “Mahal Müftisinə qəti şəkildə təlimat verdim, bunlar xaindir, dövlətə qarşı baş qaldırıb qarşıdurmada öldürülənlərin salavatı verilməz, məscidə soxulmaz, namazları qıldırılmaz. Bu, dinimizin emridir. “Kim bunları salavatını versə, məscidə salsa, cənazə namazlarını qıldırsa, haqlarında dərhal əməliyyat aparılacaq”  deyərək qəti şəkildə təlimatımı bildirdim. Malah müftimiz də bu təlimatımızı eynilə tətbiq etdi” ifadələrini işlədib.

MÜZAKİRƏ

1 şərh Türkiyədə ölən qiyamçılar üçün məzar yeri verilmədi üçün

  1. ramazan dedi:

    aferin

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...