Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyədə sərt açıqlamaları ilə tanınan ilahiyyatçı barədə qərar qəbul edildi – VİDEO

Şenocak: “Şalvar geyən qadın cəhənnəmə layiqdir”.

Türkiyə mediasının xəbərinə görə, türkiyəli məşhur xətib və ilahiyyatçı İhsan Şenocaq etdiyi qalmaqallı bəyanatlardan sonra Türkiyə Din İşləri İdarəsindəki vəzifəsindən məhrum olub.
Yerli KİV-lərin məlumatına görə, Şenocaq daha öncə də əks cinsin nümayəndələrinin hicaba və dinin göstərişlərinə düzgün əməl etməyənlərə qarşı sərt tənqidi baxışlara sahib olub. Belə ki, daha əvvəllər qadının qaşını almasını və ali təhsil almasını cinayət adlandıran xətib, indi də yeni bəyanatları ilə gündəmə gəlib.

Ötən ilin oktyabrında o bəyan edib ki, “şalvar geyən qadın cəhənnəmə layiqdir”. O, bu sözləri ilə qadın ictimai təşkilatları ilə yanaşı, ölkə icitmaiyyətinin də narazılığına səbəb olub. Din İşlər İdarəsi daxilində aparılmış təhqiqat nəticəsində, onun tutduğu vəzifəsi dondurulub.

Bir müddət sonra Şenocak Samsun şəhərində vəzifəyə gətirilmiş, daha sonra isə o Sinop şəhərində Dini İşlər İdarəsi – Diyanətin Təhsil mütəxəssisi vəzifəsinə təyin edilib.

Bu günlərdə isə, Şenocak “Gənc qaynana şəhvət oyandırır” açıqlamasını verib. Bu dəfəki etirazlardan sonra o, özü Diyanətdəki vəzifəsindən istefa verib. O açıqlamalrına görə, peşman olmadığını deib. Qeyd edək ki, Şenocaq sosial şəbəkədə də fəaldır. Onun rəsmi tvitter səhifəsi təsdiq olunub və 500 minə yaxın izləyicisi var. / İslamazeri.com

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...