Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyədə təcavüzçülərin XƏDİM MƏSƏLƏSİ gündəmdə – Nazir açıqladı

Yaxın günlərdə kimyəvi yolla xədim edilmə məsələsi gündəmə gələcək.

Türkiyədə son vaxtlar artan uşaq təcavüzləri ilə bağlı hökumət sərt addım atmağı planlaşdırır.

Din.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül bəyan edib ki, yaxın günlərdə kimyəvi yolla xədim edilmə məsələsi gündəmə gələcək.

Qeyd edək ki, kimyəvi xədim kimi tanınan üsul hər hansı cərrahi müdaxilə olmadan müxtəlif dərmanlar istifadə edilərək aparılır. Kimyəvi xədimliyə məruz qalan şəxsin testosteron hormonu azalır və cinsi istəyi sıfırlanır. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...