Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyədə təriqət liderinin əlini öpən nazir linç edildi – VİDEO

Sözügedən görüntülər hər kəs arasında böyük müzakirələrə səbəb olub.

Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gülün Suriyanın “Həznəvi” təriqətinin liderinin əlini öpdüyü anın görüntüləri yayılıb.

Din.az Metbuat.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə gündəmə gətirilən videoda təriqət liderinin çıxış etdikdən sonra nazirin yanına getdiyi, Gülün ona təzim edərək əlini öpdüyü, daha sonra onların ayaqüstə səmimi söhbət etdiyi görünür.
Sözügedən görüntülər ölkənin yüksək vəzifəli şəxslərindən tutmuş adi vətəndaşlarına qədər hər kəs arasında böyük müzakirələrə səbəb olub.

Ədliyyə naziri bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında məsələyə aydınlıq gətirib. O, həmin görüntülərin 2015-ci ildə tədbirlərdən birində çəkildiyini bildirib:

“Ölkənin hər vətəndaşı ilə münasibətimiz ola bilər. Video 2015-ci ildə çəkilib, o zaman millət vəkili belə deyildim”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...