Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyədə tikiləcək məscidə CHP etiraz etdi: “Ağacları kəsib məscid tikirlər” – FOTO

20 min nəfərlik Ulu Məscid üçün layihə təsdiqlənib.

İstanbulun ən əhəmiyyətli məkanlarından biri olan Kadıköy sahilində yeni bir məscid tikiləcək.

Kadıköy Dəniz Avtobus İskelesi yanındakı İSPARK sahəsinə Nazirlik, Diyanət İşləri Nazirliyi, İstanbul Müftiliyinin tələbi ilə tikilməsi planlaşdırılan 20 min nəfərlik Ulu Məscid üçün layihə təsdiqlənib.

Məscid layihəsi üçün 11 min 232 kv.metr ikimərtəbəli 33 min 559 kv.metr inşaat sahəsi tutulub. Məscidin altında yerləşəcək 3 mərtəbəli yeraltı qatında kitabxana, sərgi və konfrans salonları ilə birlikdə 1200 avtomobilin yerləşə biləcəyi avtomobil dayanacağı olacaq.

CHP və memarlıq şöbəsi qarşı çıxmışdı…

Məscidin tikiləcəyi ərazinin İstanbulun sahilində yerləşdiyini və gözəlliyinə təsir edəcək bir yerdə olduğunu qeyd edən Memarlıq Şöbəsi layihəyə qarşı çıxmışdı. CHP də buna reaksiya vermişdi.

CHP-li bələdiyə başçısı “Xeyir” dedi…

Layihənin həyata keçirilməsi təsdiqini tapandan sonra yenidən CHP-li Kadıköy Bələdiyyə başçısı Aykurt Nuhoğlundan reaksiya gəldi. Layihəni tənqid edən Nuhoğlu “Ankarada birinin ağlına gəlir, tətbiq etməyə başlayır. Burda mənim üçün belə bir tələb yoxdur. Bura dolu ərazidir. Bircə İSKİ zavodu var. Ağacları kəsirlər və məscid tikirlər. işləri-gücləri ancaq inşaatdır. Belə şeylər ehtiyacdan dolayı edilər. Heç Kadıköydə qocalar evi yoxdur. Sadəcə yaxınlaşan seçkilərlə bağlı qoyulan investisiyadır.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...