"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Türkiyədəki çevrilişin arxasında BƏƏ və Misir dayanır

Share Button

Ankara hazırda 3 ölkənin liderlərinin dövlət çevrilişində oynadığı rolu araşdırır

Türkiyədə baş verən hərbi çevrilişin arxasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir dayanır.

“Din.az” “axar.az”a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının təqaüddə olan kəşfiyyatçısı “Breitbart Yerusəlim”ə açıqlamasında deyib.

Sabiq kəşfiyyatçının sözlərinə görə, ABŞ-da mühacir həyatı yaşayan Fətullah Gülən BƏƏ-yə gizli səfər edib:

“Türkiyə Fətullah Gülənin ötən həftə çevriliş planını tamamlamaq üçün BƏƏ səfərini və Misirin çevrilişə cəhddə əli olub-olmadığını araşdırır. Əgər Gülən həqiqətən BƏƏ-yə gedibsə, Türkiyə konkret sübutlar əldə edəcək.

Ankara Misir prezidenti Əbdülfəttah Sisi və BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd Zayedin məsləhətçisi, keçmiş Fələstin rəsmisi Məhəmməd Dahlanın oynadığı rolu da araşdırır. Çünki Türkiyə Dahlanı “Müsəlman qardaşları” təşkilatının ən qatı əleyhdarı olaraq görür”.

Xatırladaq ki, bir neçə gün əvvəl Misirin BMT Təhlükəsizlik Şurasının Türkiyədəki hərbi çevrilişi qınaması ilə bağlı açıqlamasına veto qoyması iddia edilib. Lakin rəsmi Qahirə bu xəbəri təkzib edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir