Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyədən ərəb dünyasına “F-16” mesajı

Türkiyə bu ölkəyə hərbiçilərini göndərib.

Türkiyə, Səudiyyə Ərəbistanının rəhbərliyində olan bəzi Ərəb ölkələrinin hədəfi olan Qətərlə hərbi strateji və əməkdaşlıq haqqında razılaşmasını yeni mərhələyə qaldırır.

Din.az xəbər verir ki, Ərəb dünyasının etirazına baxmayaraq, Türk Silahlı Qüvvələrinin (ASK) Qətərdə hərbi baza qurdu və ilk dəfə olaraq Türk Hava Qüvvələrinə məxsus döyüş təyyarələri bu ölkədə keçiriləcək hərbi təlimlərdə iştirak edəcək.

Belə ki, 2014-cü ilin dekabr ayını 19-da Tükiyə ilə Qətər arasında imzalanan birgə müdafiə müqaviləsinə əsasən, Türkiyə bu ölkəyə hərbiçilərini göndərib. Bu gün başlayacaq və ayın 29-na qədər davam edəcək “Şahin-20” adlı təlimdə Türk Hava Qüvvələrinə məxsus 3 ədəd “F-16” tipli təyyarə iştirak edəcək. Tük Hava Qüvvələri ilə yanaşı təlimdə Birləşmiş Qüvvələr Komandanlığı üzvləri də iştirak edəcək.

Təlimlərin məqsədi Türkiyədən gələn hərbi qüvvələrin təlimləri ilə Qətər Silahlı Qüvvələrinin mübarizə qabiliyyətinin artırılması, eləcə də Türkiyə və Qətər Hava Qüvvələri arasında dostluq, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasıdır.

Xatırladaq ki, Ərəb ölkələri arasındakı böhranın ardından Türkiyə Qətərlə hərbi əməkdaşlıq müqaviləsini sürətləndirmiş və ötən ilin iyun ayından Türk əsgəri bu ölkəyə daxil olmağa başlamışdı. İki ölkənin hərbi hava və dəniz qüvvələri birlikdə quruda və dənizdə təlim xarakterli hərbi əməliyyatlar keçiriblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...