Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyədən İrana – “Bizə təşəkkür borcunuz var”

İsrail onsuz da Suriyada İrana qarşı cənubda bir cəbhə yaratmışdır…

“İranın Türkiyəyə təşəkkür borcu var! Çünki…”

Din.az xəbər verir ki, Yeni Birlik yazıçısı İlnur Çevik bu günki yazısında Türkiyənin hərbi gündəmini qiymətləndirib. O, yazısında ABŞ-ın Suriyada qurduğu terror qruplarının İrana da qarşı bir təhlükə yartadığını və Türkiyənin bu təşkilatlarla döyüşdüyü üçün İranın Türkiyəyə borclu olduğunu söyləyib.

“Güclənməkdə olan kürd terrorist gücü həm Şimali Suriyada avtonom bir inzibati quruluşa çevrilir, həm də Suriyanı bölür” deyən Çevik bu gücün Türkiyə üçün ciddi bir təhlükəsizlik təhdidi olduğunu söyləyib.

Çevikin məqaləsinin bir hissəsində bildirilir:

“(…) Amma işin detallarına baxdığınız zaman bu gücün əsasında eyni zamanda İrana qarşı amerikalılardan ibarət bir qüvvə olduğu ortaya çıxır.

Amerikalılar bu baxımdan YPG, PYD və PKK üçlüsünü gücləndirib Suriyada İranın İsrailə təhlükə yaratmasını aradan qaldırmağa çalışır. İsrail onsuz da Suriyada İrana qarşı cənubda bir cəbhə yaratmışdır… İndi Kürd terrorçular də şimaldan İranı sıxışdırıb İranın Suriyada saxladığı əsgərləri və xadimləri məngənəyə alacaqlar.

Bu işi daha da möhkəmləndirmək üçün ABŞ kürd terroristlərə Suriya neftinin 70% sahələrini verdi və gələcək il büdcəsindən də bu terroristlərə 550 milyon dollar verəcək.

Amma Türkiyə bu incə planları pozur. Türkiyə və Azad Suriya Ordusu Afrindəki hərəkatla YPG, PYD və PKK-nı çətin vəziyyətə salıb. Əməliyyatlar başlamasından bəri terroristlər təxminən 2000-ə yaxın qüvvəsini itirib. Bununla da İrana qarşı cəbhə yaradılması çətinləşir.

Yəni nəticədə İranın bu mövzuda Türkiyəyə bir təşəkkür borcu var… ”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...