Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyədən Kaşıkçının qətli ilə bağlı mühüm bəyanat

Ankara araşdırmanı sonadək aparmaq və günahkarları tapmaq niyyətindədir.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu müxalif səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı beynəlxalq səviyyədə araşdırmanın aparılmasının vacib olduğunu bəyan edib.

Din.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Türkiyə parlamentində çıxış edən nazir bildirib ki, Ankara araşdırmanı sonadək aparmaq və günahkarları tapmaq niyyətindədir.

“Bu cinayətə işıq salmaq üçün əlimizdən gələni edirik. Biz sübutları görmək istəyənlərə onları göstərdik”, – deyə o vurğulayıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...