Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

TÜRKİYƏDƏN QÜSURSUZ PLAN – Türk Ordusu Afrində Osmanlı taktikasından istifadə edir – FOTO

Afrin əməliyyatından danışan səlahiyyətli əsgər Türk Silahlı Qüvvələrinin gözləniləndən də sürətlə və uğurla irəlilədiyini söyləyib. Din.az xəbər verir ki, əsgər türk mehmetçikin Afrini aypara (hilal) hərəkatı ilə mühasirəyə aldığını bildirib. “Zeytun budağı” əməliyyatın 13-cü günündədir. Cəbhə xəttində xidmət göstərən səlahiyyətli şəxslərdən biri müxtəlif məntəqələrdən Afrini aypara şəkildə mühasirəyə alan TSQ-nin gözləniləndən də sürətlə və uğurla […]

Afrin əməliyyatından danışan səlahiyyətli əsgər Türk Silahlı Qüvvələrinin gözləniləndən də sürətlə və uğurla irəlilədiyini söyləyib.

Din.az xəbər verir ki, əsgər türk mehmetçikin Afrini aypara (hilal) hərəkatı ilə mühasirəyə aldığını bildirib.

“Zeytun budağı” əməliyyatın 13-cü günündədir. Cəbhə xəttində xidmət göstərən səlahiyyətli şəxslərdən biri müxtəlif məntəqələrdən Afrini aypara şəkildə mühasirəyə alan TSQ-nin gözləniləndən də sürətlə və uğurla irəliləməsini bir neçə səbəblə bağlayıb. O, TSQ-nin qüsursuz plan həyata keçirdiyini deyib.

Bölgədəki silahlı qüvvələrin sayı barəsində məlumat verməkdən yayınan əsgər PYD/PKK-lıların güclü müqavimət göstərə bilməməsinin bir neçə səbəbinin olduğunu deyib. Terrorçuların savaşı şəhərin mərkəzinə çəkməyə çalışdıqlarının doğru olduğunu, ancaq bu əməliyyatdan əvvəl TSQ-nin çox ciddi plan çızdığını qeyd edib.

Dünya ordularının da bu hərəkatı yaxından təqib etdiyini sözlərinə əlavə edən səlahiyyətli əsgər daha sonra bu məlumatları paylaşıb:

“Bu əməliyyata ikinci adın verilməsi lazım gələrsə, “Hilal Hərəkatı” (“Aypara əməliyyatı”) adladırılması daha düzgün olar. İndiyə qədər qüsursuz davam edən əməliyyatda ən böyük pay, şübhəsiz ki, hərəkatın çox gözəl planlanmış olmasıdır. Bir ucu Cinderesdə başlayan və Afrini mərkəzə alacaq şəkildə Basraya bölgəsinə qədər irəliləyən cizgiyə baxdıqda hücumun aypara şəklində olduğunu görürük. TSQ-nin əsgərləri bu ayparanı hər ötən gün daraldaraq, yayın qızmar istiləri başlamadan tamamlayacaq.

Terrorçuların qarşıdurmaları Afrinin mərkəzində qarşılamaq üçün hazırlaşdığını bildirən əsgər deyib ki, terrorçuların yerləşdikləri yerlədə çoxlu sayda xəndəklər qazılıb, mina və partlayıcı qurğular yerləşdirilib. “Sur və Cizrədə olduğu kimi şəhərin mərkəzində yaşanacaq qarşıdrumaya qarşı TSQ hazırlığını çoxdan görüb. Bundan başqa, qəsəbələrin terrorçulardan təmizlənməsi əməliyyatında Jandarma Özəl Əməliyyatı (JÖH) və Polis Özəl Əməliyyatı (PÖH) TSQ ilə birlikdə xidmət göstərəcək”. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...