Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyəli imam uşaqları məscidə cəlb etməyin maraqlı yolunu tapdı

Din xadimi məscid ərazisində batutlar yerləşdirdi.

“Uşaqlıqda bizim özümüzlə necə rəftar edildiyini unutmamalıyıq”.

Din.az xəbər verir ki, Türkiyəni Başiskele şəhərindən olan məscid imamı Qədir Çelikiz yay tətili zamanı öz vaxtlarının səmərəsiz keçirən uşaqları məsciddəki dərslərə cəlb etməyin olduqca maraqlı yolunu tapıb.

Din xadimi məscid ərazisində batutlar yerləşdirib, həmçinin hər gün pulsuz şəkildə “pop-korn” paylanılır. Nəticə isə özünü çox gözlətməyib.

Əgər əvvəllər Quran oxuma dərslərində 30 uşaq iştirak edirdisə, hazırda isə onların sayı 250-yə çatıb. Dərslərdən sonra isə uşaqlar böyük sevinclə meydançada oynamağa qaçırlar.

Məscid imamı jurnalistlərlə söhbət zamanı bildirib ki, uşaqların qəlblərini ələ almaq üçün, onların sevincinə səbəb olmaq lazımdır.

“Uşaqlıqda bizim özümüzlə necə rəftar edildiyini unutmamalıyıq”, – deyə o qeyd edib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...