Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyəli müəllim Xocalı qətliamına heykəl həsr etdi – FOTO/VİDEO

Erməni əsgərlərinin təcavüzünə uğradıqdan sonra süngü ilə kürəyindən vurulan hamilə qadın …

Türkiyənin Fərat Universitetinin müəllimi metal tullantılarından unikal heykəl düzəldib.

Din.az Oxu.Az-a istinadən xəbər verir ki, universitet müəllimi Rühçan Keçeci metaldan Xocalı qətliamında qətlə yetirilən hamilə bir qadının heykəlini yaradıb.

Keçeci əsərinə “Körpənin səssiz harayı” adını verib. Əsərdə erməni əsgərlərinin təcavüzünə uğradıqdan sonra süngü ilə kürəyindən vurulan hamilə qadın təsvir edilib.

O bildirib ki, bu, 26 fevral 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Xocalıda qətlə yetirilən 613 insanın xatirəsinə ithaf olunub.

//baku.tv/az/watch/5952/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...