Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyəli nazir Bakıda Heydər Məscidində xütbə oxudu – FOTO – VİDEO

Nazir “Ümmət şüuru” mövzusunda xütbə oxudu…

Türkiyənin diyanət işləri naziri Prof.Dr.Ali Erbaş Bakıda oxuduğu xütbədə müsəlmanların ümmət şüurunu birləşdirmədiyi təqdirdə Qüds kimi neçə-neçə müqəddəslərin hədəf alınacağını qeyd edib.

Din.az bildirir ki, Azərbaycanda səfərdə olan nazir Erbaş Heydər Məscidində cümə namazı qıldırıb və xütbə oxuyub.

Nazir “Ümmət şüuru” mövzusundakı xütbəsində ümmətin qarşı-qarşıya qaldığı bütün mənfiliklərin altında elm, hikmət, mərifət və qardaşlıqdan uzaqlaşmaqla qardaşlıq şüurunun itirildiyini bildirib.

Müsəlmanların dəyərlərinə möhkəm sarılmadığı təqdirdə İslam coğrafiyası və insanların əzab içərisində yaşamağa davam edəcəyinə diqqət çəkən nazir xütbəsində bunları deyib:

“Bizi tövhid və vəhdət şüuru ilə zehinləri və ürəkləri bir, məqsədləri və hissləri bir, sevgiləri və hüznləri bir olan qardaş cəmiyyət olmasaq yer üzündə qan və gözyaşı dinməyəcək. Bu məsciddə çiyin-çiyinə durduğumuz kimi, daim yan-yana, könül-könülə olmasaq, yaxşılıq üçün yardımlaşmasaq, İslam ümməti əzablar içərisində qıvrılmağa davam edəcək.

Biz, kitabımız Qurani-Kərimin və Rəsulullahın rəhbərliyində ümmət şüurumuzu birləşdirməsək, Qüds kimi neçə-neçə müqəddəs məkanlarımız, dəyərlərimiz, şərəf və ləyaqətimiz hədəf alınacaq. Bu gün biz Uca Allahın həyat verən çağırışına qulaq verməsək, dünyada haqq və həqiqət, ədalət və mərhəmət, şəfqət hakim olmayacaq.

Unutmayaq ki, yer üzündəki bütün ehtiyacı olanlara, məzlumlara, insanlığa hüzur və səadət gətirəcək yeganə həll İslamdır, imandır”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...