Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyəli yazar “Facebook”un qurucusuna səsləndi

“Facebook”da Allah adı ilə açılmış və bir çox söyüş və təhqirlərin yer aldığı səhifələr təəssüf ki, hələ də durmaqdadır.

Türkiyənin xəbər saytlarından birinin xəbər müdiri olan Arzu Tozar Erdeniz bu həftə yazısında feysbuk rəhbərlərinə səslənib.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial paylaşma şəbəkəsi olan “facebook”da yaradılan bəzi səhifələrdə Uca Yaradılanın adının istifadəsinə və təhqir edilməsinə reaksiya göstərən Arzu Tozar Erdeniz feysbuk səhifəsində daha əvvəl Mustafa Kamal meyarına diqqət çəkərək “Atatürk meyarı gətirən feysbukdan Allah meyarı da gözləyirik!” deyib.

leyla_zana_degil_bizim_anayasamiz_kriz_cikartiyor_h10701Erdenizin yazısı…

“Facebook” rəhbərliyi, bütün etirazlara baxmayaraq müsəlmanlar üçün ən qiymətli olan Allah və elçisi Hz.Muhəmməd ilə əlaqədar təhqir dolu paylaşımlara göz yummağa davam edir.

Allaha və Hz.Muhammədə qarşı təhqir dolu səhifələri israr edilməsinə baxmayaraq bağlamayan feysbuk müəyyən illərdə müsəlman istifadəçilər tərəfindən etiraz edilsə də, bu mövzuda “nəşrə almağa maneə törədən” bir meyar yaratmır.

Yaradıcı, yaradılmış üçün gətirilən meyardan daha çoxuna layiq deyilmi?

Məsələn, daha əvvəl “Facebook”un qurucusu Mark Zukerberq saytda paylaşılan məzmunlara “Atatürk meyarı” gətirdiklərini açıqlamış; Mustafa Kamal Atatürkə qarşı təhqir məzmunlu bir paylaşma edildiyində bunu, şikayət edilmədən siləcəklərini açıqlamışdı.

Allah və Hz.Muhammədlə bağlı təhqir və söyüş dolu səhifələrin feysbuk tərəfindən bütün xəbərdarlıqlara baxmayaraq bağlanmadığını və ya bağlanılması üçün çox yavaş hərəkət etdiyini görürük. Müsəlman feysbuk istifadəçisi olaraq bu sualı hörmətli Mark Zukerberqə xüsusi vurğulayaraq verirəm. Yaradıcı, yaradılmış üçün gətirilən meyardan daha artığına layiq deyilmi?

“Hörmətli davranış” niyə yaradıcımız olan Allaha göstərilmir?

“Facebook” yenə ötən il hörmətli davranışı təşviq edən bəzi tədbirlərə yer vermiş; buna görə ehtiyacları, etibarı və müxtəlifliyi tarazlamaq üçün həssas məzmunlu yazıların silinəcəyinə və ya bu cür yazıların çox məhdud sayda kütləyə çata biləcəyini ifadə etmişdi.

Allah və Onun Peyğəmbərinə edilən təhqir nifrət kateqoriyasına alınmalıdır…

Yenilənən Topluluq Standartlarına görə, “Facebook” təhdid, özünə zərər vermə, intihar, terror və ya cinayət təşkilatı, təcavüz, cinsi zorakılıq və istismar yolu ilə spirtli içki, tütün və narkotik kimi məhsulları ehtiva edən paylaşımları nəzarət altına aldığını açıqlamışdı. Mustafa Kamala edilən təhqirin nifrət kateqoriyasına alınmasını yaradan “facebook”dan müsəlmanların təcili tələbi Allah və Peyğəmbərinə edilən təhqirin yenə nifrət kateqoriyasında görülməsidir.

“Facebook”da Allah adı ilə açılmış və bir çox söyüş və təhqirlərin yer aldığı səhifələr təəssüf ki, hələ də durmaqdadır. Əziz dostlar, icazənizlə burada həmin səhifələrdən birini paylaşacağam. Bizə düşən, bu səhifələr üçün “facebook” üzərindən bu səhifələri şikayət etməkdir.

https://www.facebook.com/yaratanOFFICIAL/

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...