Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Türkiyəni ABŞ deyil, bu dost ölkə məyus etdi”

ABŞ FETÖ və PKK ilə əlaqəsi olan bir keşişi bəhanə edərək Türkiyəyə təzyiq göstərir.

Türkiyənin “Təqvim” qəzetində “Bu necə dostluqdur?” başlığında xəbər dərc edilib.

Din.az xəbər verir ki, qəzet ABŞ-ın Türkiyəyə təzyiqləri qarşısında susan Qətəri tənqid edib.

Qəzet bildirir ki, ABŞ FETÖ və PKK ilə əlaqəsi olan bir keşişi bəhanə edərək Türkiyəyə iqtisadi sanksiyalar tətbiq etməyə qərar verib. Sanki ikinci bir 15 iyul təcrübəsi olan bu sanksiyalar dünya miqyasında sərt reaksiyaya yol açıb. Bir çox ölkə Türkiyənin yanında olduğunu göstərən bəyanatlar verib. Türkiyəyə xəyal qırıqlığı isə ən gözlənilməz yerdən gəlib. Qətər Türkiyəyə tətbiq olunan bu haqsız sanksiyalara qarşı dəstək vermək əvəzinə, səssiz qalmağı seçib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani ilə telefon danışığı reallaşdırıb.

Xatırladaq ki, Körfəz ölkələri Qətəri blokadaya alıb, onu işğal etməklə hədələdiyi bir vaxtda Türkiyə təkbaşına rəsmi Dohaya açıq şəkildə dəstək vermişdi. Bir növ Səudiyyə Ərəbistanının Qətərə ordu yeritməsinin qarşısını almışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...