Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Türkiyəni sıxışdırmaq üçün kimlər Bəşər Əsədə kömək edir?

Əsədlə PKK arasında bir çox gizli və qaranlıq ittifaqların olduğu iddia edilir.

Astana danışıqlarında İran və Rusiyanın Afrin məsələsində Türkiyəyə dəstək verdiyi ortaya çıxıb.

Din.az xəbər verir ki, bununla bağlı Astana görüşlərini yaxından izləyən və rus nümayəndə heyəti ilə görüşlər keçirən suriyalı diplomat Bəsil əl-Həc Casim 7-ci Astana konfransında İran və Rusiyanın bu qərarın Türkiyəyə həvalə edilməsi ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, Tehran və Moskva Afrin əməliyyatı ilə bağlı təşəbbüsün Ankarada olduğunu bildiriblər:

“Afrin və İdlib məsələsində Türkiyə azı 3 ayını itirib və hər keçən gün Türkiyənin əleyhinə işləyir. ABŞ-ın şantajları və əngəl törətməsi nəticəsində Türkiyə Silahlı Qüvvələri Afrinə müdaxilə etməkdə gecikdi. Astanada rusiyalı səlahiyyətlilər PKK-ya “Tel Rıfatdan başlayaraq bölgəni sahiblərinə təslim edin” dediklərini, ancaq təşkilatın ABŞ-ı araya soxduğunu mənə bildirdi. Hazırda Rusiya və İran təşəbbüsü Türkiyəyə buraxıb. Türkiyə isə bu məsələni ABŞ-la müzakirə edir.

Astanada İran Əsəd rejimini Afrin məsələsində yola gətirməklə bağlı tam zəmanət verib. Əsədlə PKK arasında bir çox gizli və qaranlıq ittifaqlar var. Onlar İdlib hücumları ilə Afrindən diqqəti yayındırmaq və Türkiyəni pis vəziyyətə salmaq istəyirlər. Türkiyəni sıxışdırmaq üçün Əsədə Körfəz ölkələri də yardım edir”. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...