Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyənin bütün məscidlərdən ortaq cümə xütbəsi oxunacaq

Cümə xütbəsi: Qulluq sadəcə Allaha məxsusdur…

Türkiyə miqyasında  olan bütün məscidlərdən ortaq cümə xütbəsi oxunacaq.

“Din.az” xəbər verir ki, Diyanət İşləri Nazirliyinin internet saytında yayımladığı xütbədə yalnız Allaha iman və qulluq etmənin azadlığından bəhs edilib. Bundan başqa xütbədə nəfsini və həvəslərini ilahiləşdirən zalımlara qarşı doğru yolun Quranın və Rəhulullahın yolu olduğu xatırladılıb.

Türkiyənin Diyanət İşləri Nazirliyi tərəfindən hər Cümə günü internet saytında yayımlanan xütbədə bu həftə cəhalət, ayrı-seçkilik və fitnə-fəsad atəşinə qarşı hər kəsin oyanıq olmasına toxunulub. Lakin Allaha qulluq etməyin vacibliyini vurğulayan xütbə ilə müsəlmanlara doğru yolun Qurani-Kərim və Hz.Peyğəmbər olduğu deyilib.

Diyanət tərəfindən yayımlanan 5 avqust Cümə Xütbəsi:

QULLUQ SADƏCƏ ALLAHA MƏXSUSDUR…

Qardaşlarım! İslam nurunun Məkkə torpaqlarını yenicə işıqlandırmağa başladığı günlər idi. Peyğəmbərimiz (s.a.s), Beytullahın yanındakı Safa təpəsinə çıxdı və məkkəlilərə bu cür səsləndi:

“Bu vadinin arxasında sizə hücum etmək üçün gözləyən bir ordu var” desəm mənə inanarsınız?”

Məkkəlilər hamısı bir ağızdan “Bəli, inanarıq. Çünki biz sənin yalan söylədiyini heç eşitməmişik” deyə qarşılıq verdilər.

Bu zaman Rəhmət Elçisi, “Mən sizi ağrılı-acılı bir əzaba qarşı xəbərdarlıq edirəm” deyərək məkkəlilərin timsalında bütün insanları Allaha qul olmağa, tövhid inancını mənimsəməyə çağırdı.

Qardaşlarım..!

Rəhmət Peyğəmbərinin bu çağırışı, Hz. Adəm ilə başlayan və insanları Aləmlərin Rəbbinə qul olmağa dəvət edən uca bir çağırışdır. Bu mübarək dəvəti, Hz.Nuh, İbrahim, Lut, Hud, Salih, Musa, İsa, xülasə, bütün peyğəmbərlər səsləndirmişlər. Və Hatemün-Nebiyyinin dilində kamala çatan bu çağırış qiyamətə qədər davam edəcək əbədi qurtuluş çağırışıdır. Bu çağırışda sadəcə Allaha iman və qulluq vardır. Bu çağırışda bir tək Allahın hüzurunda əyilmək, əyildikcə də ucalmaq vardır. Bu çağırışda Allahdan başqasına qul, kölə olmayaraq həqiqi azadlığa nail olmaq vardır. Bu çağırışda haqq, həqiqət və Haqq vardır. Bu çağırışda şirk və nifaqdan, küfr və üsyandan, fitnə və fəsaddan, hiylə və tələdən, yalan və aldatmaqdan uzaq durmaq vardır.

Əziz Möminlər..!

Uca Rəbbimiz xütbəmizin əvvəlində oxuduğum ayəti-kərimədə belə buyurur:

“Onlara, dini Allaha xas qılan və haqqa yönələn kimsələr olaraq sadəcə Ona qulluq etmələri, namaz qılmaları və zəkat vermələri əmr edilmişdir. Doğru din budur”.

Qardaşlarım! Bu ayəti-kərimə ibadət və qulluğun sadəcə Allaha məxsus olduğunu bizə öyrətməkdədir. Necə ki Peyğəmbərimizin vəfatına heç cür inanmak istəməyən bəzi səhabələrə Hz.Əbubəkirin bu xəbərdarlığı son dərəcə diqqət çəkicidir:

“Kim Muhammədə (s.a.s) ibadət edirsə, bilsin ki, Muhamməd (s.a.s) ölmüşdür. Kim Allaha qulluq edirsə, bilsin ki, Allah diridir, əsla ölməz”.

Qardaşlarım..!

İnsanlıq tarixi, nəfsini, həvəslərini ilahiləşdirən neçə zalımlara ibrətlə şahid olmuşdur. Tarix boyunca qula qulluqla, fani şəxsiyyətlərə köləlikdə sərf edilən neçə bihudə ömürlər vardır. İnsanlıq qürur və şərəfini ayaqlar altına alan, haqq və həqiqət qarşısında kor, kar və dilsiz kısilən neçə qafil zehinlər, daşlaşmış qəlblər vardır. Halbuki Uca kitabımız Quranın müqəddiməsi olan Fatiha surəsində İslamın ibadət anlayışı bizə açıq şəkildə təqdim edilmişdir. Bizim hər birimiz bu surəni hər gün 5 vaxt namazda oxuyur və Rəbbimizə olan iman və qulluq əhdimizi təkrarlayırıq.

“Rəbbimiz! Ancaq Sənə qulluq edirik və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt” deyə dua edirik. Şübhəsiz ki, bu doğru yol Quranın və Rəsulallahın yoludur. Peyğəmbərimiz (s.a.s) “sözlərin ən doğrusu Allahın kitabıdır. Rəhbərliyin ən gözəli Muhammədin rəhbərliyidir” hədisi ilə bu yolu bizə bəyan etmişdir. Bu yol, insanlığa nümunə qılınmış İslam ümmətinin 14 əsrdir təqib etdiyi ana yoldur. Bu yol, insanlığı aydınlığa qovuşduran yeganə qurtuluş yoludur. Bu yolun yolçularına Rəbbimizin əbədi nemətlərinə nail olma müjdəsi vardır.

Dəyərli Qardaşlarım..!

Bu bərəkətli yolun yolçusu olmaq, hər şeydən əvvəl müsəlman şəxsiyyətini və şəxsiyyətini düzgün bir şəkildə inkişaf etdirməkdən keçər. Bunun üçün biz Kərim Kitabımızın və Peyğəmbərimizin rəhbərliyini baş tacı edirik. Onların həyat verən rəhmət yüklü mesajları ilə könlümüzü, zehnimizi və həyatımızı xoş etmək üçün səy göstəririk. Rəbbimizin bizdən istədiyi insani bir həyat üçün bizə əmanət veridiyi nemətlərin dəyərini də, bunları dəyərləndirməyi də bilməmizdir. Ağlımızı başqalarının ağılına, könlümüzü başqalarının könlünə, vicdanımızı başqalarının vicdanına əsir etməməliyik. Əbədi qurtuluş beratımızın Allaha, Allahın rizasına bağlı olduğunu təsdiq etməliyik. Bizə qurtuluş bəraəti vəd edənləri, həqiqətin sadəcə öz əllərində olduğuna iddia edənləri diqqətə almalıyıq. Varlığımızı fani şəxsiyyətlərin deyil, rəbbimizin rizasına; keçici məfəət və təmənnaya deyil, var olan həqiqətlərə həsr etməliyik .

Qardaşlarım..!

Bu işıqlı yolun insanları olaraq biz cəhalət, ayrı-seçkilik və fitnə-fəsad atəşinə qarşı oyaq davranmalıyıq. Özümüzün, dəyərlərimizin, inancımızın fərqində olmalıyıq. Onları mənasızlaşdıracaq davranışlardan qaçmalıyıq. Uca dinimizə, Kərim kitabımıza, Resuli-Əkrəm Əfəndimizə mənsubiyyətin, hər cür mənsubiyyətdən üstün olduğunu qəbul etməliyik .

Dəyərli Qardaşlarım..!

Gəlin, Qurani-Kərimin və Peyğəmbərimizin (s.a.s) düz yolunun yolçuları olaraq bu mübarƏk vaxtda Rəbbimizə belə bir niyaz göstərək:

Allahım! Bizə imanı sevdir, qəlblərimizi imanla bəzə! Bizi Sənə şükür edən, Səni zikr edən, Sənə itaət edən, sadəcə Sənə qul olan, Sənə yönəlib yalvaranlardan eylə!

Allahım! Surəti-Haqqdan görünərək bu millətin arasına fitnə və fəsad toxumları səpmək istəyən münafiqlərə fürsət vermə!

Bizi din ilə, iman ilə, Quran ilə, Peyğəmbər ilə aldatanlardan və aldananlardan eyləmə Allahım!

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...