Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Türkiyənin Dini rəhbəri QMİ sədrinə nə yazıb?

“24 il sonra qəhrəmancasına döyüşərək geri alınan bəzi strateji bölgələrdə yenidən dalğananan şanlı Azərbaycan bayrağının bu torpaqlarda yüksəlməsi münasibətilə məmnuniyyətimi bildirirəm”.

Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görməz Qafqaz Müsəlmanları İdarəsinin sədri ŞeyxülislamAllahşükür Paşazadəyə məktub göndərib.

Din.az bu barədə “report”a QMİ-dən bildirildiyini xəbər verir.

Məktubda deyilir: “Vətən uğrunda şəhid düşən can Azərbaycan əsgərlərinə Cənabi-Haqqdan rəhmət diləyirirəm. Vətəninin parçası olan Qarabağ torpaqlarını geri almağa tam haqqı olan Azərbaycanın bu haqlı tələbində həmişə ürəkdən dəstəkləyəcəyimizi xüsusilə vurğulayır, bir daha belə acıların yaşanmamasını, ocaqlara atəşin düşməməsini niyaz edirəm. 24 il sonra qəhrəmancasına döyüşərək geri alınan bəzi strateji bölgələrdə yenidən dalğananan şanlı Azərbaycan bayrağının bu torpaqlarda yüksəlməsi münasibətilə məmnuniyyətimi bildirir, Sizə səmimi salamlarımı və ehtiramımı çatdırıram.”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...