Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Türkiyənin ən böyük məscidi ibadətə açılıb

Türkiyənin ən böyük məscidi olan Çamlıcada bu gün ilk azan oxunub və ilk namaz qılınıb.

İstanbulun ən yüksək təpəsi olan Çamlıcada 2013-cü ildən inşasına başlanılan Çamlıca məscid kompleksi istifadəyə verilib.

Din.az AZƏRTAC-a istinadən xəbər verir ki, eyni vaxtda 63 min insanın ibadət edəcəyi, Türkiyənin ən böyük məscidi olan Çamlıcada bu gün ilk azan oxunub və ilk namaz qılınıb.

Kompleksdə məscidlə yanaşı, 11 min kvadratmetrlik muzey, 3 min 500 kvadratmetrlik sənət qalereyası, səkkiz sənət atelyesi, 3 min kvadratmetrlik kitabxana, min nəfərlik konfrans salonu da yer alır.

İstanbulun simvollarından biri olacaq kompleks Osmanlı-Səlcuqlu memarlıq tərzində inşa edilib. Altıminarəli məscidin Malazgirt zəfəri şərəfinə ucaldılan dörd minarəsi 107,1 metr, digər ikisi isə 90 metr hündürlüyündədir. Məscidə 17 min kvadratmetrlik xüsusi hazırlanmış xalı döşənib. Məscidin 5 metr eni, 6,5 metr hündürlüyü və 6 ton ağırlığı olan əsas qapısı türk taxta-əl işi sənətinin ən gözəl nümunələrindən biri – kündekari işçilik adlandırılan mismarsız sistemlə hazırlanıb.

Məscidin açılış mərasimində İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd Binəli Yıldırım iştirak edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...